Kadırov Bodrumda boğulması xəbərinə reaksiya verdi - "Düşmənlərim də eşitsin"
Çeçenistan lideri Ramzan Kadırov sağlamlıq durumunun pisləşməsi barədə yayılan xəbərlərə reaksiya verib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə Telegram kanalında yaydığı videoda danışıb.
"Bir daha təkrar edirəm, qoy, düşmənlərim də eşitsin, mən sağlamam. Mən hər gün görüşlər keçirməyə ehtiyac duymuram, çünki işlərimiz qaydasında gedir", - Kadırov deyib.
Xatırladaq ki, bir müddət öncə türk mediası Kadırovun Bodrumda tətildə olarkən az qala boğulduğunu yazıb.
Həmin məlumatlara görə, boğulan Kadırov sahil mühafizəsi əməkdaşlarının köməyi ilə sudan çıxarılıb və ona ilkin tibbi yardım göstərilib. Bundan sonra Kadırovun özəl klinikaya yerləşdirildiyi bildirilirdi.
Yağmur