Bu gün işdən çıxarılan icra başçısı ONUN QARDAŞI imiş - Detallar

Bu gün Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Ayaz Nəriman oğlu Əsgərovla bağlı maraqlı detal ortaya çıxıb.

Sep 15, 2026 - 19:21
Sep 15, 2026 - 20:07
Bu gün işdən çıxarılan icra başçısı ONUN QARDAŞI imiş - Detallar

SAVASHMEDIA.az xəbər verir ki, Ayaz Əsgərov Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun qardaşıdır.

1964-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olan Ayaz Əsgərov 1989-cu ildə Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib.

Fotoda Ayaz Əsgərov 

O, müxtəlif illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, Qazax Rayon İcra Hakimiyyətinin başçısı və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Qardaşı Arif Əsgərov isə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinə rəhbərlik edib. O, 2015-ci ildə tutduğu vəzifədən azad olunub.

Aytən

Fotoda Arif Əsgərov