Bu kanal məcburi köçkünləri təhqir edən jurnalistə iş verdi
Məcburi köçkünləri aşağılayan jurnalist Səidə Bəkirqızının Mediatürk TV-nin baş redaktoru vəzifəsindən azad edildiyi bildirilir.
Onun işdən azad edilməsinin məcburi köçkünlərə ünvanlanmış təhqiramiz ifadələr olduğu iddia edilir.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Səidə Bəkirqızı əvvəlki iş yerindən ayrılsa da, işsiz qalmayıb.
Belə ki, jurnalist artıq Space TV-də işə başlayıb. Səidə Bəkirqızı sözügedən kanalda "Xəbərin izində" verilişinin aparıcılığını edir.
Aytən