"Kababımızdan ye, sülh olsun" - Rubinyan Türkiyəyə dəvət olundu

Ermənistan parlamentinin yeni sədri Ruben Rubinyan Türkiyə mətbəxini, xüsusilə də “Adana kabab” və “İskəndər kabab”ı çox sevdiyini bildirib.

Aug 5, 2026 - 18:30
Aug 5, 2026 - 18:33
"Kababımızdan ye, sülh olsun" - Rubinyan Türkiyəyə dəvət olundu

SAVASHMEDİA.az xəbər verir ki, R.Rubinyanın bu açıqlamasından sonra Türkiyənin Adana şəhərindən olan kababçı Uğur Aydın erməni rəsmini Türkiyəyə kabab yeməyə dəvət edib.

U.Aydın kababın bütün problemləri həll edə biləcəyini deyib:

"Gəlib qonağımız olsunlar. Hamı birlikdə oturub kabab yesəydi, sülh də əldə olunardı, bütün problemlər həll də olunardı".

Qeyd edək ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının namizədi olmuş Ruben Rubinyan avqustun 3-də Ermənistan parlamentin yeni spikeri seçilib. 

Xatırladaq ki, R. Rubinyan 2021-ci ildən Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib.

Ermənistan müxalifəti onu Türkiyə ilə dialoqa görə daim sərt tənqid edib, hətta parlamentdə bəzi deputatlar Rubinyanı "Türkiyə agenti" adlandırıblar.

Banu

Fotoda kababçı Uğur Aydın