“Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə mətbuatında onun adından yayımlanan məlumatlara sərt reaksiya bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Prezidentin köməkçisi sosial şəbəkə hesabında yayılan iddialarla bağlı rəsmi açıqlama yayıb.
Həmin bəyanatda Türkiyə mediasında yayımlanan fikirlərin həqiqəti əks etdirmədiyi vurğulanıb.
"Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə maraqlı görüşümüz baş tutdu. Amma təəssüflə qeyd edirəm ki, “Türkiye Gazetesi”nin jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş reportajda mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib. Həmin məqalədə mənə istinadən verilən bir sıra ifadələr düzgün deyil. Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikası öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür." , - Hikmət Hacıyev qeyd edib.