İtaliyanın nəhəng futbol klubunun prezidenti evində ölü tapıldı - FOTO
İtaliyanın məşhur futbol klubu “Palermo”nun sabiq prezidenti Morto Pol Bakkalininin meyiti tapılıb.
SAVASHMEDİA.az xəbər verir ki, 41 yaşlı iş adamının meyitini ötən gün həyat yoldaşı Milandakı evində aşkarlayıb.
Ölüm səbəbi açıqlanmayıb. Polis şübhəli ölümlə bağlı araşdırmalara başlayıb.
Bakkalininin ölümü futbol aləmini yasa boğub.
“Palermo” klubu Bakkalininin vəfatı ilə bağlı başsağlığı verib.
Qeyd edək ki, Bakkalini 2017-ci ildə “Palermo”nun prezidenti vəzifəsini icra edib. O, klubu satın almaq istəsə də, buna nail ola bilməyib.
Fanatik palermolu Bakkalini klubun emblemini sinəsinə döymə etdirmişdi. Səbəbini isə sevimli klubunu özü ilə hər yerə aparmaq istəməsi ilə əlaqələndirmişdi.
Banu
Morto Pol Bakkalini