"Çox çətin gecədir" - Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu ölkədə yaranmış gərgin vəziyyətlə bağlı xalqa müraciət edib.

Mar 22, 2026 - 02:17
"Çox çətin gecədir" - Netanyahu

SAVASHMEDİA.az xəbər verir ki, o, baş verənlərin ölkənin gələcəyi baxımından son dərəcə kritik olduğunu bildirib.

“Bu, gələcəyimiz uğrunda apardığımız mübarizədə çox ağır bir axşamdır”, - Netanyahu qeyd edib.

Baş nazir vurğulayıb ki, İsrail düşmənlərinə qarşı bütün istiqamətlərdə cavab verməkdə qərarlıdır: “Düşmənlərimizə bütün cəbhələrdə zərbə endirməkdə qərarlıyıq”.

Netanyahu əlavə edib ki, vəziyyət son dərəcə ağırdır: “Çox çətin gecədir. Dualarımız yaralılarımızladır”. 

O, bütün İsrail vətəndaşlarını dua etməyə və birlik nümayiş etdirməyə çağırıb.