Elçibəy hansı yeməyi xoşlamırdı? - Şəxsi aşpazı açıqladı

Mərhum Prezident Əbülfəz Elçibəyin şəxsi aşpazı Hənifi Mirzəyev onun yemək zövqü ilə bağlı indiyədək az bilinən məlumatları bölüşüb.

Aug 1, 2026 - 12:51
Aug 1, 2026 - 14:41
Elçibəy hansı yeməyi xoşlamırdı? - Şəxsi aşpazı açıqladı

SAVASHMEDİA.az xəbər verir ki, Hənifi Mirzəyev illər öncə verdiyi müsahibədə Elçibəyin hansı yeməkləri sevdiyini, hansı yeməkləri xoşlamadığını açıqlayıb.  

Hənifi Mirzəyev bildirib ki, Əbülfəz Elçibəy çox yemək yeməz, daha çox sadə və yüngül qidalara üstünlük verərdi: 

"O, plovu sevmirdi, daha çox ağartılı yeməklərə, xəmir xörəklərinə və dolmaya üstünlük verirdi. Meyvələr arasında isə ən çox əriyi xoşlayırdı".

Hənifi Mirzəyev qeyd edib ki, Elçibəyin səhər yeməyi adətən bir stəkan şirə və ya çaydan ibarət olurdu. Günorta yeməyi isə Prezident Administrasiyasının mətbəxində hazırlanaraq ona təqdim edilirdi.

Hənifi Mirzəyev Əbülfəz Elçibəyin yemək məsələsində seçici olmadığını vurğulayıb. 

Onun sözlərinə görə, hazırlanan yeməklərə heç vaxt irad bildirməz, süfrəyə təqdim olunan qidaları məmnuniyyətlə qəbul edərdi. 

Keçmiş şəxsi aşbaz əlavə edib ki, Elçibəy xüsusilə sobada bişirilən yeməkləri  xoşlayırdı.

Aytən