Əli Xameneinin son sözü bu olub - Müctəba atasının ölüm anından DANIŞDI
İranın yeni Ali Rəhbəri Ayətulla Müctəba Xamenei ötən gün xalqa etdiyi müraciətdə atasının ölümündən danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, Müctəba Xamenei atasının “Quran” oxuyarkən şəhid olduğunu bildirib.
“Hər kəsi əmin edirəm ki, şəhidlərimizin intiqamını almaqdan vaz keçməyəcəyik. Planlaşdırdığımız qisas yalnız inqilabın böyük liderinin (Əli Xamenei-red) şəhid edilməsinə görə deyil. Əksinə, qisasımızı düşmən tərəfindən şəhid edilmiş hər bir vətəndaşımız üçün almağa davam edəcəyik. Uca Allah liderimiz, atam Əli Xameneiyə Ramazan ayının onuncu günü səhər “Qurani-Kərim” oxuyarkən şəhidlik bəxş etdi".
Xatırladaq ki, İranın mərhum Ali Rəhbəri Əli Xameneinin fevralın 28-də İranın hərbi və siyasi elitası ilə birgə keçirdiyi iclas zamanı İsrail və ABŞ-nin birgə hücumları nəticəsində həlak olduğu bildirilirdi.
Banu