Ən çox saxtalaşdırılan 5 məhsul - Marketlərdə nəyə diqqət etməli?

Marketlərdə satılan bəzi məhsullar saxtalaşdırılmağa daha çox məruz qalır. Belə məhsullar həm istehlakçını maddi ziyana sala, həm də sağlamlıq riskləri yarada bilər.

Aug 2, 2026 - 13:22
Ən çox saxtalaşdırılan 5 məhsul - Marketlərdə nəyə diqqət etməli?

SAVASHMEDİA.az xəbər verir ki, mütəxəssislər alış-veriş zamanı xüsusilə aşağıdakı məhsullara diqqət yetirməyi tövsiyə edirlər:

Zeytun yağı - Tərkibinə daha ucuz bitki yağları qatılaraq orijinal məhsul kimi satıla bilər.

Bal - Şəkər siropu əlavə edilən və ya təbii olmayan ballar bazarda tez-tez rast gəlinir.

Kərə yağı - Bəzi hallarda bitki mənşəli yağlarla qarışdırılaraq satışa çıxarılır.

Ədviyyatlar - Xüsusilə zəfəran, qara istiot və qırmızı bibərdə keyfiyyətsiz qatqılara rast gəlinir.

Qəhvə - Üyüdülmüş qəhvəyə müxtəlif qarışıqlar əlavə olunması halları qeydə alınır.

Mütəxəssislər istehlakçılara məhsulun qablaşdırmasını, istehsal və son istifadə tarixini, tərkibini diqqətlə yoxlamağı, zədələnmiş və ya mənşəyi məlum olmayan məhsulları almamağı tövsiyə edirlər. Alış-veriş zamanı etibarlı satış şəbəkələrinə üstünlük vermək də riskləri azaltmağa kömək edir.

Aytən