Ərdoğanın oğlundan “kürdlərin klubu”na ÇAĞIRIŞ - “Qalatasaray”ı məğlub edin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Diyarbakırda səfərdə olub.
SAVASHMEDİA.az xəbər verir ki, B.Ərdoğan səfəri çərçivəsində “Amedspor” azarkeşləri ilə söhbət edib.
Bu zaman azarkeşlə B. Ərdoğan arasında maraqlı dialoq baş tutub:
- Bilal Erdoğan: 5-0 nədir? Bir az insaflı olun. Onda söz verin, “Qalatasaray”ı da məğlub edin.
- Azarkeş: “Qalatasaray”ı da məğlub edəcəyik, “Beşiktaş”ı da.
- Bilal Ərdoğan: “Qalatasaray” daha önəmlidir.
“Amedspor” həftəsonu keçirilən matçda “Başakşehir”i 5-0 hesabı ilə məğlub edib. Bilal Ərdoğan 5-0 deyərkən bu matçı nəzərdə tutub.
Qeyd edək ki, "Amedspor" özünü "kürdlərin klubu" adlandırır.
Banu
Посмотреть эту публикацию в Instagram