Əri məşhur aktrisanı döyüb - FOTOLAR
Türkiyəli məşhur aktrisa və musiqiçi Yıldız Asyalı həyat yoldaşı tərəfindən döyüldüyünü bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, 42 yaşlı aktrisa, sosial media hesabında üzündəki və qolundakı qançırların şəklini paylaşıb. “Ərim məni döyüb” yazan Y.Asyalıya qısa müddət ərzində minlərlə dəstək rəyi yazılıb.
Qeyd edək ki, aktrisa üç dəfə ailə qurub. İş adamı Mustafa Salih Demirci ilə 8 ay öncə nikah bağlayıb. Aktrisa 3 həyat yoldaşının da onu döydüyünü bildirib. Yıldız Asyalı “Hayat Bilgisi” serialında canlandırdığı “Rüya” obrazı ilə məşhurlaşıb.
Banu