Ünvanlı sosial yardım artırıldı - MƏBLƏĞ

2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilir.

Dec 9, 2025 - 11:47
Ünvanlı sosial yardım artırıldı - MƏBLƏĞ

SAVASHMEDİA.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək.

Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.

Bu o deməkdir ki, 2026-cı il üçün ehtiyac meyarı həddinin 15 manat, yəni təxminən 5,26 % artırılması nəzərdə tutulur.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Aytən