Etiraz aksiyasını çəkən jurnalistə 13 sutka verildi - Moskvada
Moskvanın Tverskoy Rayon Məhkəməsi “Sotavision”ın jurnalisti Veronika Orlovanı 13 sutka həbs edib.
SAVASHMEDİA.az “Mediazona”ya istinadən xəbər verir ki, jurnalist polisə tabe olmamaqda təqsirli bilinib.
Məlum olub ki, Orlova mayın 6-da saxlanılıb. O, Bolşoy Moskvoretski körpüsündən Moskva çayına enən Nemtsov körpüsünün fəalı Qriqori Saksonovun fərdi aksiyasını mobil telefonuna çəkib. Həmin aksiya zamanı Saksonoz “Putin – Hitler” yazılmış plakatla Moskva çayına enib.
Jurnalist məhkəmədə bildirib ki, o, akkreditə olunduğu Ali Məhkəməyə gedərkən Bolşoy Moskvoretski körpüsünün yanından keçib. Bu zaçan Saksanovun fərdi aksiyasının şahidi olub və mobil telefonuna çəkib. 15 dəqiqə sonra o, mitinqlərin keçirilməsi qaydalarının pozulması maddəsi üzrə protokol tərtib etmək üçün polis tərəfindən saxlanılıb.
Lakin o, bu maddə ilə deyil, itaətsizlik maddəsi ilə mühakimə olunub, çünki polis iddia edir ki, “Kitay-Qorod” polis bölməsinin girişində jurnalist müqavimət göstərməyə başlayıb.
Müdafiəçinin və “Sotavision” redaksiyanın sözlərinə görə, jurnalistin Saksonovun aksiyasına heç bir dəxli olmayıb.
68 yaşlı Saksonovun özü məhkəmənin qərarı ilə 15 gün müddətinə həbs edilib və 20 min rubl məbləğində cərimə edilib. O, polisə tabe olmamaqda və aksiyanın keçirilməsi qaydalarını pozmaqda inzibati protokollarla təqsirli bilinib.
Saksonovun özü itaətsizlik faktını təkzib edib: “Başqa bir şey tapın. Mən polislə deyil, yuxarıda olanlarla savaşıram. Mən xalqla yox, hakimiyyətlə mübarizə aparıram”.
Xatirə SADİQ