Eynulla Fətullayev "Ağabala"nı da SATDI

Eynulla Fətullayevin Bakıdakı "Ağabala" restoranını da satdığı bildirilir.

Jun 10, 2026 - 14:32
Eynulla Fətullayev "Ağabala"nı da SATDI

SAVASHMEDİA.az xəbər verir ki, açıq mənbələrdə yer alan məlumatlara görə, restoranın fəaliyyəti "FATULLAOGLU GROUP" MMC vasitəsilə həyata keçirilir.

Şirkətin təsisçisi Nigar Allahverdiyeva Azər qızıdır. Azərbaycan mediasında isə Nigar Allahverdiyeva Eynulla Fətullayevin həyat yoldaşı kimi təqdim olunur.

Mətbuatda yer alan iddialara görə, Haqqin.az informasiya resursunun əl dəyişməsindən sonra "Ağabala" restoranı da Fətullayevin nəzarətindən çıxıb. Lakin bu barədə tərəflərdən əlavə açıqlama verilməyib.

Qeyd edək ki, "Ağabala" restoranı Bakı şəhəri, Xaqani küçəsi 95A ünvanında yerləşir. Restoran 25 yanvar 2023-cü ildə fəaliyyətə başlayıb və milli mətbəx konsepsiyası ilə tanınır.

Qeyd edək ki, restoranla bağlı yayılan məlumatlar fonunda jurnalist Eynulla Fətullayev qısa açıqlama verib. 

"Ağabala" restoranını çoxdan satmışam. Azərbaycan ərazisində biznes fəaliyyətim yoxdur", - Fətullayev qeyd edib.

Oğuz