FİN kodu nədir və nə üçündür? - İZAH

Azərbaycanda bank xidmətlərindən, elektron hökumət sistemlərindən və digər rəsmi xidmətlərdən istifadə zamanı ən çox tələb olunan məlumatlardan biri FİN kodudur.

Aug 7, 2026 - 19:24
FİN kodu nədir və nə üçündür? - İZAH

SAVASHMEDİA.az xəbər verir ki, FİN (Fərdi İdentifikasiya Nömrəsi) hər bir şəxsə verilən və ömür boyu dəyişməyən unikal 7 simvollu koddur. 

Bu kod şəxsiyyət vəsiqəsinin ön hissəsində, "FİN" qeydinin qarşısında göstərilir.

FİN kodu bank hesabı açarkən, kredit rəsmiləşdirərkən, "myGov" və digər elektron dövlət xidmətlərinə daxil olarkən, eləcə də müxtəlif rəsmi müraciətlər zamanı istifadə olunur.

Qeyd edək ki, FİN kodu şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə eyni deyil. Seriya nömrəsi sənəd dəyişdirildikdə dəyişə bilər, FİN kodu isə şəxsə bir dəfə verilir və dəyişmir.

Aytən