Pezeşkianın görüşdüyü üzübağlı adam Müctəba olub? - Müəmmanın DETALLARI
İran Prezidenti Məsud Pezeşkianın ali dini lider Müctəba Xamenei ilə qeyri-adi şəraitdə görüş keçirdiyi iddia olunur.
SAVASHMEDIA.az xəbər verir ki, bu barədə müxalif "İran International" nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, Pezeşkian SEPAH əməkdaşlarının müşayiəti ilə şüşələri tam qaraldılmış avtomobillə Tehranda naməlum bir məkana aparılıb.
Bildirilir ki, görüş cəmi bir neçə dəqiqə davam edib və prezident qarşısındakı şəxsin üzünü görməyib, yalnız səsini eşidib.
Bu səbəbdən Pezeşkianın həqiqətən də Müctəba Xamenei ilə görüşdüyü, yoxsa qarşısındakı şəxsin tamamilə başqa biri olduğu hələ də müəmmalı olaraq qalır.
Pezeşkian Müctəba Xamenei ilə üz-üzə görüşmək istəsə də, bu tələb qəbul edilməyib. Görüş zamanı fiziki təmasa, o cümlədən əl sıxmağa icazə verilməyib.
Rəsmi Tehran hələlik iddialarla bağlı açıqlama verməyib.
Səlcuq