"Allah heç kəsi 80 yaşında bu duruma salmasın" - İmamoğludan Kılıçdaroğluya SƏRT SÖZLƏR
İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan başqanı Əkrəm İmamoğlu ilə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu arasında gərginlik yaranıb.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb Kılıçdaroğlunun "İmamoğlu siyasi məhbus deyil" açıqlaması olub.
O, İmamoğlunun prezidentliyə namizədliyi ilə məhkəmə proseslərinin ayrı məsələlər olduğunu deyib.
İmamoğlu isə Kılıçdaroğluna sərt cavab verib.
“Allah heç kəsi 80 yaşında bu duruma salmasın. Mən cümhuriyyət, demokratiya və ədalət uğrunda mübarizənin məhbusuyam. Amma Yaradanıma şükürlər olsun ki, millətin gözündə küçəyə çıxa, prospektlərdə, meydanlarda gəzə bilməyən, cəmiyyətin vicdanına həbs olunmuş siyasi bədən deyiləm”, - İmamoğlu bildirib.
İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu da Kılıçdaroğlunun açıqlamasına sərt reaksiya verib.
Oğuz