"Litva Rusiyanın nişangahında olacaq" - Peskovdan HƏDƏ

Litvanın nüvə silahı yerləşdirmək ehtimalı Moskva ilə Vilnüs arasında yeni gərginliyə səbəb olub.

Sep 11, 2026 - 13:26
"Litva Rusiyanın nişangahında olacaq" - Peskovdan HƏDƏ

SAVASHMEDIA.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Litvanın ərazisində nüvə silahı yerləşdirilməsi ehtimalına münasibət bildirib.

Peskovun sözlərinə görə, belə bir addım Litvanın təhlükəsizliyini artırmayacaq, əksinə, ölkəni Rusiyanın nüvə qüvvələrinin hədəfinə çevirəcək.

“Litva öz ərazisində nüvə silahı yerləşdirərsə, bizim nüvə silahlarımızın nişangahında olacaq”, - Peskov bildirib.

Kremlin sözçüsü Baltikyanı ölkələrin nüvə silahı yerləşdirmək istəyinin regiona əlavə təhlükəsizlik gətirməyəcəyini də vurğulayıb.

Məsələ Litvanın konstitusiyasındakı nüvə silahlarının və xarici hərbi bazaların ölkə ərazisində yerləşdirilməsinə dair məhdudiyyətlərin aradan qaldırılması təşəbbüsü fonunda gündəmə gəlib. Litva prezidenti Gitanas Nauseda daha əvvəl bu qadağanın artıq köhnəldiyini bildirib.

Beləliklə, Vilnüsün nüvə silahı ilə bağlı mümkün qərarı Moskvanın sərt reaksiyası ilə qarşılaşıb. Peskovun son açıqlaması isə Rusiyanın bu məsələyə hərbi-strateji təhlükə kimi yanaşdığını göstərir.

Səlcuq