Tramp qaçdı, bəs ərəbləri İranın əlindən kim alacaq... - MÜHARİBƏ DAVAM EDİR
İranla ABŞ arasında 2 həftəlik atəşkəs razılaşmasının əldə olunmasına baxmayaq, Yaxın Şərqdə gərginlik davam etməkdədir.
SAVASHMEDİA.az xəbər verir ki, atəşkəs sənədinin mürəkkəbi qurumamış İran regionda öz şərtlərini diqtə etməyə başlayıb.
Belə ki, öz ərazisinə hücumları dayandırmağa nail olan rəsmi Tehran indi də İsraildən Livanda "Hizbullah" qruplaşmasına endirilən zərbələri dayanadırmağı tələb edir. İran bunu ABŞ-yə təqdim etdiyi 10 bəndlik ultimatum sənədi ilə izah edir. Belə ki, sözügedən sənəddəki bəndlərdən biri İranın proksi-ordularının mövcudluğunun təminatı haqqındadır.
İsrail isə İranın bu tələbini rədd edərək Livana zərbə endirməyə davam edib. İran isə buna cavab olaraq ərəb dövlətlərini, ilk növbədə isə Birləşmiş Ərəb Əmirliklərini hədəf alıb.
Küveyt Müdafiə Nazirliyi bildirib ki, əmirliyin hava hücumundan müdafiə sistemləri bu səhər İrandan ərazisinə atılan 28 dron aşkar edib. Nazirlik vurğulayıb ki, silahlı qüvvələr çox sayda düşmən dronunu uğurla ələ keçirib, onlardan bəziləri ölkənin cənubundakı vacib neft və qaz infrastruktur obyektlərini və elektrik stansiyalarını hədəf alıb.
Xatırladaq ki, İranın ərəb ölkələrinə intensiv hücumları iki həftəlik atəşkəs əldə edilməsindən bir neçə saat sonra reallaşıb.
Cəmi bir gün öncə "İran sivilizasiyasını yer üzündən siləcəyi" ilə hədələyən ABŞ Prezidenti Donald Tramp isə İranın ərəb ölkələrini hədəf almasına reaksiya verməyib.
İran rəsmiləri isə Körfəz ölkələrinə endirilən zərbələrin adalara və Livanın cənubundakı hücumlara cavab olduğunu bildirirlər.
Qeyd edək ki, İranın cənubunda yerləşən Siri adasında silsilə partlayışlar baş verib. Partlayışların səbəbi açıqlanmır.
Bundan əlavə, İranın Fars körfəzində yerləşən Lavan adasındakı neft emalı zavodunda da partlayış baş verdiyi barədə xəbər yayılıb.
Oğuz