Həmin həkimin qohumu hər şeyi DANIŞDI - Xəstəsi deyilmiş, tutmaq istəyib + DETALLAR

Milli Onkologiya Mərkəzində baş vermiş olay cəmiyyəti dərindən sarsıdıb və ictimai müzakirələrə səbəb olub.

May 1, 2026 - 22:36
May 1, 2026 - 22:42
Həmin həkimin qohumu hər şeyi DANIŞDI - Xəstəsi deyilmiş, tutmaq istəyib + DETALLAR

SAVASHMEDİA.az xəbər verir ki, hadisə zamanı ağır yaralanan həkim-radioloq Asif Nəsirlinin yaxın qohumu, jurnalist Pərviz Yəhyalı baş verənlərlə bağlı paylaşım edib.

Yəhyalının sözlərinə görə, mərkəzdə qumbara partladan şəxs nə hərbçi olub, nə də qazi statusuna malikdir. Həmçinin əlavə edib ki, həmin şəxs Asif Nəsirlinin pasiyenti də olmayıb. 

Pərviz Yəhyalı bildirib ki, həkim hadisə zamanı hücumun qarşısını almağa və ətrafdakı insanları qorumağa çalışarkən yaralanıb.

Fotoda: Pərviz Yəhyalı 

“Hazırda vəziyyəti kritik olsa da, həyatı üçün mübarizə davam edir. Həkimlər onun sağ qalması üçün bütün imkanlardan istifadə edirlər”, - paylaşımda vurğulanıb.

Pərviz Yəhyalı Asif Nəsirlini peşəsinə sadiq, humanist və yüksək mənəviyyata sahib bir həkim kimi xarakterizə edib və dəstək göstərən hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Milli Onkologiya Mərkəzində baş verən hadisə zamanı qumbara partladan şəxs ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 

Faktla bağlı araşdırma aparılır.

Oğuz