Həmin ingilis dili müəllimi saxlanıldı - FOTO

İngilis dili müəllimi kimi fəaliyyət göstərən Azər İsmayılov saxlanılıb.

Nov 4, 2025 - 11:59
Həmin ingilis dili müəllimi saxlanıldı - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, A.İsmayılov vətəndaşların onun barəsində çoxsaylı şikayətləri əsasında məsuliyyətə cəlb edilib.

Bildirilib ki, İsmayılovun rəhbərlik etdiyi “iamzervacademy” kimi tanınan dil kursu vətəndaşların 3 aylıq ödənişlərini əvvəlcədən alsa da, dərslər keçirilməyib. 50-dən çox şəxs bu yolla aldadılıb.

A.İsmayılovun sosial şəbəkələrdə səhifəsini bir sıra məşhur bloqerlər və müğənnilər də reklam edib. Bu yolla o, vətəndaşların inamını qazanıb.

Azər İsmayılov