Hər iki Zaurun verilişi bağlanır - DETALLAR

"Azad Azərbaycan" (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.

Mar 17, 2026 - 21:56
Hər iki Zaurun verilişi bağlanır - DETALLAR

SAVASHMEDİA.az xəbər verir ki, "Bizimləsən" və "Rəngarəng" verilişləri efirdən çıxarılıb.

Kanalın mətbuat xidmətindən bildirilib ki, məlumat doğrudur: "Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib".

Eyni zamanda, özəl mənbələrdən əldə edilən digər məlumata görə, ARB kanalının efir siyasətində də ciddi dəyişikliklərin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir. (oxu.az)