İki Avropa ölkəsi Rusiya qazının idxalına qoyulan qadağanı dəstəkləmir 

Fransa və Belçika Avropa İttifaqının (Aİ) Rusiya qazının idxalını qadağan etmək planını dəstəkləməkdən imtina ediblər.

Jun 4, 2025 - 13:53
İki Avropa ölkəsi Rusiya qazının idxalına qoyulan qadağanı dəstəkləmir 

SAVASHMEDİA.az bu barədə “Politico” nəşrinə istinadən xəbəbr verir.

Hər iki ölkə imtinasını iqtisadi və hüquqi nəticələri haqqında daha çox məlumatın tələb edilməsi ilə izah edib. 

Fransa alternativ enerji mənbələrinin tapılması strategiyasına üstünlük verir, Belçika isə qərar verməkdən əvvəl iqtisadi təsirlər haqqında ətraflı hesabat istəyir.

Fransanın energetika naziri Marc Ferraççi nəşrə bildirib ki, Paris Avropa diversifikasiya strategiyasını müdafiə edir. O, bununla Rusiya qazını Qətər qazı ilə əvəz etmək üçün Fransanın hazırladığı planı nəzərdə tutur. Nazir həmçinin qeyd edib ki, mövcud qaz müqavilələrini hüquqi cəhətdən qorumaq zəruridir.

Qeyd edək ki, Fransa və Belçika Avropada Rusiyanın mayeləşdirilmiş təbii qazının iki ən böyük alıcısıdır. 

Rusiya LNG-nin üçüncü və dördüncü ən böyük alıcıları olan İspaniya və Niderland isə əlavə idxalı qadağan edən qanun layihəsinin qəbulunu “səbirsizliklə gözlədiklərini” bildiriblər.

Avropa Komissiyası iyun ayında 2027-ci ilin sonuna qədər Rusiya qazının və nüvə yanacağının qadağan edilməsi ilə bağlı rəsmi təkliflə çıxış edəcək. Qüvvəyə minməsi üçün təklif səsverməyə çıxarılacaq. Bu təklif Avropa Parlamenti üzvlərinin və Aİ ölkələrinin əksəriyyəti tərəfindən təsdiqlənməlidir. 

Xatirə SADİQ