İlbər Ortaylı ölüm ayağında - "Dualarınızı əsirgəməyin"
“Türkiyəli tarixçi İlber Ortaylının vəziyyəti son dərəcə ağırdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə onun dostu, jurnalist Fatih Altaylı məlumat yayıb.
O bildirib ki, İlber Ortaylı xəstəxanada müalicə alır:
“Əziz oxucular, canımın parçası, əziz dostum, hamınızın və hamımızın çox sevdiyi İlber Ortaylının vəziyyəti günlərdir ağırdır. İnancınız varsa, dualarınızı, yoxdursa, xoş niyətlərinizi əsirgəməyin”.
Xatırladaq ki, İlber Ortaylı fevral ayında böyrəklərindəki narahatlıq səbəbindən əməliyyat olunub. Vəziyyətinin yaxşı olduğu bildirilsə də bir müddət sonra qanaxma səbəbi ilə ikinci dəfə əməliyyata götürülüb. Hazırda isə vəziyyəti ağır olaraq qiymətləndirilir.
Banu