İranın Xameneidən sonra ən böyük itkisi - Ölümü RƏSMƏN TƏSDİQLƏNDİ
İsrail müdafiə naziri İsrael Kats İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Tehrana hava hücumu zamanı öldürüldüyünü təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, İranın “Bəsic” qüvvələrinin komandanı Qulamrza Süleymaninin də məhv edildiyini açıqlayıb.
“ABŞ Prezidenti Tramp İran rəhbərliyində yüksək vəzifəlilərin dəyişdirilməsindən danışmışdı. Vaşinqton saatı ilə bu səhər açıldıqda ona xəbər verəcəyik ki, bu proses tam sürətlə davam edir və iki yüksək vəzifəli şəxsin zərərsizləşdirilməsi nəticəsində daha da artıb”, - İsrael Kats vurğulayıb.
Xatırladaq ki, Əli Laricaninin ölümü ölkəsində "Xameneidən sonra İranın ən böyük itkisi" kimi qiymətləndirilib.
Oğuz
Əli Laricani