Kənan yeni serialın hər bölümündən sərvət qazanacaq – Məbləğ ŞOK ETDİ

Türkiyənin məşhur aktyoru Kənan İmirzalıoğlu yeni serialla ekranlara qayıdır. 

Oct 22, 2025 - 13:02
Kənan yeni serialın hər bölümündən sərvət qazanacaq – Məbləğ ŞOK ETDİ

SAVASHMEDİA.az xəbər verir ki, “Aile Bir İmtihandır” serialına çəkiləcək aktyorun alacağı məbləğ səs-küyə səbəb olub. K.İmirzalıoğlu serialın bir bölümündən 4 milyon 250 min türk lirəsi qazanacaq.

Aktyorun maaşı ilə yanaşı tərəf müqabilinin yaşı da qalmaqal yaradıb. Belə ki, 51 yaşlı aktyorun partnyoru 27 yaşlı Afra Saraçoğlu olacaq.

Qeyd edək ki, “Aile Bir İmtihandır” serialı ATV kanalında yayımlanacaq. “OGM Pictures”in çəkəcəyi serialın yayım tarixi hələ açıqlanmayıb.

Banu