Kimə göstəriləcək və matç niyə dayandırılacaq? - Futbolda “qara kart” qaydası  

Rumıniyada uşaq futbolunda azarkeş və valideynlərin aqressiv davranışlarının qarşısını almaq üçün yeni qayda tətbiq olunub.

Sep 12, 2026 - 12:57
Kimə göstəriləcək və matç niyə dayandırılacaq? - Futbolda “qara kart” qaydası  

SAVASHMEDIA.az xəbər verir ki, Rumıniya Futbol Federasiyası bu gündən U7–U16 yaş qruplarında “qara kart” sisteminə keçid edib.

"Qara kart" futbolçuya deyil, azarkeşlərin davranışına görə tətbiq olunur. Valideyn və ya digər tamaşaçılar hakimləri, futbolçuları və ya məşqçiləri təhqir edər, aqressiv davranarsa, əvvəlcə xəbərdarlıq edilir.

Davranış davam edərsə, oyun 10 dəqiqəlik dayandırılır. Buna da məhəl qoyulmadıqda hakim "qara kart" göstərərək matçı tamamilə dayandıra bilər.

Məqsəd uşaqların futbol oyunlarında sağlam və təhlükəsiz mühit yaratmaqdır.

Oğuz