Komada olan Müctəbanın adından saxta əmrləri kim verir? - İranın gizli rəhbəri
“İran tarixinin ən ağır böhran mərhələlərindən birini yaşayır. Bunun səbəbi təkcə İsrail və ABŞ ilə müharibə deyil, həm də ölkə idarəçiliyində yaranmış iflic vəziyyətidir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ mətbuatı İrandakı mənbələrinə istinadən yazıb.
Mətbuat qeyd edib ki, Ali Rəhbər vəzifəsinə seçilən Müctəba Xamenei fevralın 28-də İsrail və ABŞ hücumları zamanı aldığı ağır xəsarətlərdən Tehranın Sina xəstəxanasının reanimasiya şöbəsində yatır. Ayaqlarından birini itirib, ciddi daxili zədələri var və komadadır. Xəstəxananın bütöv bir bölməsi bağlanıb, ciddi mühafizə olunur və faktiki olaraq hərbi qərargaha çevrilib.
Müctəba Xamenei icimaiyyət arasına çıxmasa, ölkə idarəçiliyində təmsil olunmasa da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) onun adından xalqa yazılı müraciətlər hazırlayır, göstərişlər verir. Bu müraciət və göstərişlər İranın dövlət televiziyasında diktorlar tərəfindən oxunur.
Mənbənin verdiyi məlumata görə, İranda faktiki olaraq vahid rəbərlik, “dayan” və ya “istiqaməti dəyiş” deyəcək kimsə yoxdur. Müctəba hazırda məzmunsuz bir simvoldur. Prezident Pezeşkian isə SEPAH tərəfindən bütün idarəçilikdən uzaq saxlanılır. Onun hadisələrin gedişatına heç bir təsiri yoxdur.
Ölkəni SEPAH generalları idarə edir və ya idarə etdiyini düşünür. Məsələ odur ki, SEPAH generalları arasında da ziddiyyətlər var. Hərəsi özbaşına qərarlar verir. Fərdi mübarizə aparırlar. Əsas mübarizə isə vahid gücü ələ almaq uğrunda gedir. Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin aradan götürülməsi isə daha çox SEPAH-ın işinə yarayıb. Çünki SEPAH Laricaninin nüfuzunu özü üçün təhlükə hesab edirdi.
Banu