Küləklə bağlı xəbərdarlıq edildi

Azərbaycanda martın 15-16-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Mar 14, 2026 - 15:10
Küləklə bağlı xəbərdarlıq edildi

SAVASHMEDİA.az-ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Kəlbəcər, Zəngilan, Laçın, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Qusar, Daşkəsən, Goranboy, Naftalan, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Lerik, Yardımlıda şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.