Ərdoğanın adamı ölümündən sonra İlber Ortaylını təhqir etdi - "Fələstinliləri alçaldıb, yaltaqdır..."

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sabiq millət vəkili Aydın Ünal ötən gün vəfat edən məşhur tarixçi İlber Ortaylını təhqir edib.

Mar 14, 2026 - 14:23
Ərdoğanın adamı ölümündən sonra İlber Ortaylını təhqir etdi - "Fələstinliləri alçaldıb, yaltaqdır..."

SAVASHMEDİA.az xəbər verir ki, A.Ünal İlber Ortaylının vəfat xəbəri yayıldıqdan sonra sosial şəbəkə hesabında tarixçi ilə bağlı kinini qusub.

“İlber Ortaylı ilə qısa müddətlik iş əlaqəmiz olub. İnsani tərəfini keçdim, pis tarixçi, rəsmi tarixçi, mövcud vəziyyətin (status-kvo) tarixçisi idi. Bundan əlavə gənc tarixçilərin yetişməsinin qarşısında divar, böyük maneə idi. Biz onu öz tariximizlə ziddləşməsinə və hörmətsizliyinə baxmayaraq, ən çətin zamanlarda fələstinliləri alçaldıb, sionizmə yaltaqlıq edən sözləri ilə xatırlayacağıq. Ümid edirik ki, tarix elmi artıq müstəqilləşəcək”.

Qeyd edək ki, Aydın Ünal İqtisadiyyat nazirliyində müşavir olub. Baş nazirin müşaviri, Baş nazirin baş müşaviri və Prezidentin baş müşaviri vəzifələrində, Türkiyə Böyük Millət Məclisinin (TBMM) İnsan Hüquqları üzrə İstintaq Komitəsinin, Təhlükəsizlik və Kəşfiyyat Komitəsinin və NATO Parlament Assambleyasının Türkiyə Qrupunun üzvü vəzifələrində çalışıb.

2007-2015-ci illərdə Rəcəb Tayyib Ərdoğanın nitq yazarı olub. 2015-ci ildə AKP-nin Ankaradan millət vəkili seçilib. 

Xatırladaq ki, Aydın Ünal ötən il Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkü təhqir edən köşə yazısı yazıb. “Yeni Şafak” qəzetində yayımlanan köşə yazısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 10 noyabrda keçirilən “Atatürkü Anma Töreni”ndəki çıxışından sonra silinib.

Banu