Millət vəkilləri şəhid dəfnində mübahisə etdilər - Ön sırada kim duracaq? + VİDEO

Gürcüstanda təyyarə qəzasında şəhid olan Hava Qüvvələrinin baş çavuşu Emre Sayının Balıkesirdə keçirilən dəfn mərasimində İYİ Partiya millət vəkili Turhan Çömez ilə AKP millət vəkili Ali Taylan Öztaylan arasında yer uğrunda mübahisə yaşanıb.

Nov 15, 2025 - 13:19
Nov 15, 2025 - 13:20
Millət vəkilləri şəhid dəfnində mübahisə etdilər - Ön sırada kim duracaq? + VİDEO

Mərasim zamanı Çömez və Öztaylanın cənazə namazını ön sırada qılmaq üçün mübahisə etdikləri kameraya düşüb.

Hadisə Zağnospaşa məscidində baş verib.

Mübahisədən sonra millət vəkili Çömez ikinci sıraya keçərək cənazə namazını qılıb.

Onların mübahisəsinin görüntüləri müzakirələrə səbəb olub. (qafqazinfo)