Müdafiə Nazirliyindən əhaliyə - Xəbərdarlıq!

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

Jun 18, 2025 - 11:56
Müdafiə Nazirliyindən əhaliyə - Xəbərdarlıq!

SAVASHMEDİA.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən döyüş sursatları iyunun 18-də saat 13:00-dan 17:00-dək təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".