Neftçalanın icra başçısı 26 minlik plaşından danışdı - "3 il əvvəl almışam" + VİDEO
Sosial şəbəkələrdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun plaşının qiyməti ilə bağlı müzakirələr səngimək bilmir.
SAVASHMEDİA.az-ın xəbərinə görə, icra başçının "Hugo Boss Burberry" brendinə məxsus plaşının 26 min manat olduğu iddia olunub.
İddialarla bağlı açıqlama verən Mirhəsən Seyidov "Hugo Boss Burberry" brendinin adını ilk dəfə eşitdiyini bildirib və müzakirəyə səbəb olan plaşı 3 il əvvəl 350 manata aldığını deyib.
Səlcuq
Həmin görüntüləri təqdim edirik: