"Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi

Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Jun 17, 2026 - 16:27
"Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi

SAVASHMEDİA.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçirilən püşkatmada Azərbaycan təmsilçisi "Neftçi"nin də rəqibi bilinib.

"Ağ-qaralar" bu mərhələdə "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bakı klubu ilk matçını evdə keçirəcək.

 Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.