"O məni olduğumdan kök göstərəcək, lazım deyil" - Tramp İMTİNA ETDİ

ABŞ prezidenti Donald Trump təhlükəsizliklə bağlı risklərinin artmasına baxmayaraq, gülləkeçirməz jilet geyinməkdən imtina edib.

May 1, 2026 - 19:01
"O məni olduğumdan kök göstərəcək, lazım deyil" - Tramp İMTİNA ETDİ

SAVASHMEDİA.az xəbər verir ki, Ağ Ev rəhbəri bu qərarının şəxsi imici ilə bağlı olduğunu etiraf edib. 

Jurnalistlərin "təhlükəsizliyinizə görə zirehli jilet geyinməyi planlaşdırırsınızmı?” sualına Tramp gözlənilməz cavab verib: "Dəqiq bilmirəm. Məsələ ondadır ki, jilet geyinsəm, olduğumdan daha kök görünəcəyəm. Bu isə mənim üçün qəbuledilməzdir".

Xatırladaq ki, son dövrlər ABŞ prezidentinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artıb. Buna baxmayaraq, görünən odur ki, Tramp üçün zahiri görünüş təhlükəsizlik qayğılarından daha öndədir.

Səlcuq