Onların kirayə haqqını dövlət ödəyəcək - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən görüləcək işlərin siyahısı açıqlanıb.

Apr 28, 2026 - 13:23
Apr 28, 2026 - 13:25
Onların kirayə haqqını dövlət ödəyəcək - SƏRƏNCAM

SAVASHMEDİA.az xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmirbərpası və yararsız hala düşmüş məişət əşyalarına görə qiymətləndirmə xərcləri daxil olmaqla maddi yardım veriləcək.

Həmçinin həmin yaşayış evlərinin sakinlərinin bank xərcləri daxil olmaqla 3 aylıq kirayəhaqları ödəniləcək.