Məhkəmə Zaur Baxşəliyevlə bağlı qərar verdi
Ali Məhkəmədə ATV-nin aparıcısı Zaur Baxşəliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.
SAVASHMEDİA.az xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib.
Aparıcı ilə bağlı bəraət qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Z.Baxşəliyevə qarşı Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə ittiham irəli sürülmüşdü.