Pensiya kartları ilə bağlı VACİB YENİLİK - Komissiya tutulacaq?
Azərbaycanda maaş və pensiya kartları ilə bağlı tətbiq olunacaq yeni qaydalar vətəndaşlarda müəyyən suallar yaradıb.
SAVASHMEDİA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı maaş və pensiya kartları ilə bağlı yeni mexanizmlər hazırlayır.
Yeniliklərin sentyabr-oktyabr aylarından etibarən tətbiqinə başlanılması nəzərdə tutulur.
Sözügedən yeni qaydalar qüvvəyə mindikdən sonra vətəndaşların maaş və pensiyalarını istədikləri bank vasitəsilə almaq imkanlarının olacaq.
Bu isə banklar arasında rəqabəti artıracaq və bu üzdən də bankların müştəri cəlb etmək üçün xidmət keyfiyyətini artırması, mobil tətbiqlərini təkmilləşdirməsi, müxtəlif güzəştlər və bonus proqramları təqdim etməsi gözlənilir.
Yeni qaydanın tətbiqindən sonra maaş və pensiyalardan komissiyanın tutulacağı haqda yayılan iddiaların isə əsası yoxdur.
Qeyd edək ki, Mərkəzi Bankın yeni mexanizmlərlə bağlı detalları sentyabr-oktyabr aylarında açıqlaması gözlənilir. Bundan sonra dəyişikliklərin dəqiq məzmunu və tətbiq qaydaları məlum olacaq.
Aytən