Pezeşkianın oğlu Müctəbanın yaralandığını təkzib etmədi - "Dostlardan soruşdum..."
“İranın yeni Ali Rəhbəri Müctəba Xamenei sağdır”.
SAVASHMEDİA.az istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkianın oğlu və hökumət müşaviri Yusif Pezeşkian deyib.
O, Müctəba Xameneinin yaralanması xəbərini təkzib etməyib:
“Cənab Müctəba Xameneinin yaralandığı xəbərini eşitdim. Əlaqələri olan bəzi dostlarımdan soruşdum. Onlar mənə dedilər ki, Allaha şükür, sağ-salamatdır”.
Xatırladaq ki, KİV-də Müctəba Xameneinin ağır yaralanması və komada olması barədə məlumat yayılıb. İddiaya görə, huşsuz vəziyyətdə olan Xamenei ali rəhbər seçilməsindən də xəbərsizdir.
Oğuz