Polis Qubada əməliyyat keçirdi - Saxlanılanlar var

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Baxşiyev və Salyan rayon sakini Yadulla Səmədov tutulub.

Aug 13, 2025 - 13:24
Polis Qubada əməliyyat keçirdi - Saxlanılanlar var

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlardan külli miqdarda psixotrop maddə - metamfetamin, heroin, ümumilikdə 117 ədəd metadon, preqabalin və tramadol həbləri aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.