Putin Paşinyanı razı saldı - Paradda iştirak edəcək

Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada qələbə paradında iştirak edəcək.

Mar 14, 2025 - 17:54
Putin Paşinyanı razı saldı - Paradda iştirak edəcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Ermənistanın Baş naziri Rusiya Prezidentinin dəvətini qəbul etdiyini təsdiqləyib və mayın 9-da Moskvada Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə yubiley tədbirlərində iştirak edəcək”, - məlumatda qeyd olunub.