Qızın keçmiş sevgilisi maşınla qabaqlarını kəsib və... - "Kəpəz" futbolçusu niyə bıçaqlanıb?

Xəbər verdiyimiz kimi, "Kəpəz"in futbolçusu Veysəl Rzayev Gəncə şəhərində bıçaqlanıb.

Feb 3, 2026 - 12:08
Feb 3, 2026 - 12:12
Qızın keçmiş sevgilisi maşınla qabaqlarını kəsib və... - "Kəpəz" futbolçusu niyə bıçaqlanıb?

SAVASHMEDİA.az demokrat.az-a istinadən xəbər verir ki, futbolçu "Niko" adı ilə tanınan yaxın dostu və iki xanım tanışı ilə birlikdə gecəni restoranlardan birində keçirib. Daha sonra qızları evə ötürüblər. Sözügedən hadisə həmin vaxt baş verib.

Qızlardan birinin keçmiş sevgilisi avtomobillə onların yolunu kəsib. Tərəflər avtomobildən düşərək mübahisə etməyə başlayıblar. Davaya çevrilən mübahisə bıçaqlanma ilə nəticələnib. Nəticədə, "Kəpəz"in futbolçusu Veysəl Rzayev yaralanıb.

V.Rzayev hazırda Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Yardım Xəstəxanasında reanimasiyadadır. Futbolçunun vəziyyəti orta-stabildir.