Qurban Qurbanovla arxiv FOTOSUNU YAYDI
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun arxiv fotosu yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, fotonu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov paylaşıb.
Sözügedən foto 2006-cı ilə aiddir. Tofiq Bəhramov adına Respublika Stadionunda Q.Qrubanovun futbolla vida matçı zamanı çəkilib.
Fotoda Rəşad Sadıqov və Qurban Qurbanovla yanaşı məşqçinin həmin vaxt 4 yaşında olan oğlu Musa Qurbanlı və böyük qardaşı Musa Qurbanov da var.
Banu
Fotoda: Qurban Qurbanov, Rəşad Sadıqov, Musa Qurbanov və Musa Qurbanlı