Ramiz Mehdiyevin general oğlu vəzifədən AZAD EDİLDİ

Ramiz Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.

Dec 1, 2025 - 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən AZAD EDİLDİ

SAVASHMEDİA.az-ın məlumatına görə, xəbəri FHN-dən təsdiqləyiblər.

Qeyd edək ki, Teymur Mehdiyev 2004–2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin müavini, 2006–2011-ci illərdə isə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, 2011–2014-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışıb. 

O, 5 may 2014-cü il tarixindən etibarən general-mayor rütbəsi ilə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini postunu tutur.

Aytən

Fotoda Teymur Mehdiyev