Rəqsanənin Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU

Müğənni Rəqsanə İsmayılovanın Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutması planlaşdırılan konserti keçirilməyəcək.

Mar 14, 2026 - 17:30
Rəqsanənin Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU

SAVASHMEDİA.az xəbər verir ki, 18 mart üçün planlaşdırılan tədbir naməlum səbəbdən ləğv edilib.

Konsertin bilet satışı dayandırılıb, saytdan çıxarılıb və satılan biletlər geri qaytarılıb.

Qeyd edək ki, Rəqsanə qızı Aysunla "İllər sonra" adlı proqramla Filarmoniyada çıxış edəcəyini elan etmişdi. Bu xəbər sosial mediada müzakirə yaratmışdı. 
(Bizim.media)