"Ronaldo yaşlanıb, əvvəlki kimi deyil" - Konqolu futbolçu

Konqo millisinin yarımmüdafiəçisi Nqal’ayel Mukau DÇ-2026-nın K qrupunda Portuqaliya ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra Kriştiano Ronaldo barədə danışıb.

Jun 18, 2026 - 11:15
"Ronaldo yaşlanıb, əvvəlki kimi deyil" - Konqolu futbolçu

SAVASHMEDİA.az xəbər verir ki, 21 yaşlı futbolçu rəqibin ulduz hücumçusuna qarşı xüsusi plan qurmadıqlarını bildirib.

Düzünü desəm, Ronaldo üçün xüsusi planımız yox idi. Çünki onun artıq əvvəlki kimi olmadığını bilirik. İndi bir qədər yaşlanıb. Buna baxmayaraq, o, futbol tarixinin ən yaxşı oyunçularından biridir və ona böyük hörmətimiz var”, - Mukau vurğulayıb.

Qeyd edək ki, 41 yaşlı Kriştiano Ronaldo Konqo Demokratik Respublikası ilə oyunda məhsuldar fəaliyyəti ilə seçilə bilməyib. Təcrübəli hücumçu matçı qolsuz və məhsuldar ötürməsiz başa vurub.

Aytən