Ronaldonun milli komandadakı nömrəsi ONA VERİLDİ - FOTO
Kriştiano Ronaldonun Portuqaliya millisində uzun illər geyindiyi 7 nömrəli forma Rafael Leaoya verilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu qərar ulduz futbolçunun milli komandanı tərk etməsi ilə bağlı qərarını elan etməsindən sonra verilib.
Rafael Leao 7 nömrəli formanı ilk dəfə Portuqaliyanın UEFA Millətlər Liqasının Danimarka ilə qarşılaşmasında geyinəcək. Leao bundan əvvəl Portuqaliya millisində 17 nömrəli forma ilə çıxış edib. Hazırda isə 17 nömrəli forma Fabio Silvaya verilib.
Qeyd edək ki, Rafael Leao İstanbulun “Qalatasaray” klubunda çıxış edir.
Xatırladaq ki, Kriştiano Ronaldo dünən milli komandadan ayrıldığını bəyan edib və vaxtı gələndə ayrılma səbəbini Portuqaliya ictimaiyyətinə açıqlayacağını bildirib.
Banu
Fotoda: Rafael Leao