Rusiya tanınmış azərbaycanlını 20 milyon rubl mənimsəməkdə ittiham edir
Moskva Akademik Satira Teatrının keçmiş direktoru, əslən azərbaycanlı olan Məmmədəli Ağayevə qarşı xüsusi külli miqdarda dələduzluq ittihamı irəli sürülüb.
SAVASHMEDİA.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu barədə paytaxt prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Daxili İşlər Nazirliyin ölkənin ordençisi və əməkdar artisti olan 72 yaşlı azərbaycanlını klassik teatr mafiozu kimi qələmə verir.
İstintaqın versiyasına görə, o, teatrın 20 milyon rubla yaxın vəsaitini oğurlayıb. İddia edilir ki, Ağayev tamaşa layihələrinin ssenarilərinin yaradılması üçün teatrla müqavilə bağlayıb. Tamamlanmış işlərlə bağlı uydurma hesabatlara əsaslanaraq, təqsirləndirilən şəxs və onun əlaltıları hər tamaşaya görə bilet satışından əldə olunan gəlirin 4%-ni oğurlayıblar.
Sxemi həyata keçirmək üçün Məmədəli Ağayev fərdi sahibkar kimi qeydiyyatdan keçdiyi vurğulanır. Bu iş Mərkəzi İnzibati Rayon Prokurorluğunun nəzarətindədir.
Onun evində və teatrda axtarış aparılıb. Təkcə onun hesablarında 500 min dollar və 66 milyon rubl tapılıb. Onun VTB və Sberbank-dakı hesabları dondurulub.
Məmmədəli Ağayev Petrovka küçəsi, 38 ünvanında yerləşən müvəqqəti saxlama təcridxanasına salınıb. Müdafiə tərəfi onun həbsinin ev dustaqlığı ilə əvəzlənməsinə çalışır. Bunun üçün əsaslar var: o, “Dostluq” ordeni cəngavəridir, Rusiyanın əməkdar artisti tituluna malikdir, xroniki xəstəliklərdən əziyyət çəkir.
Qeyd edək ki, Məmmədəli Ağayev 1992-ci ildə Satira Teatrının direktoru olub. Teatrda Məmədəli Ağayevin “güclü təsərrüfatçı” kimi nüfuzu vardı. O, heç vaxt rəsmən bədii siyasətə, aktyor və rejissor dəvətinə qaışmırdı. 2021-ci ildə Sergey Qazarov bədii rəhbər təyin edildikdən sonra o, öz istəyi ilə teatrın direktoru vəzifəsini tərk edib.
Xatirə SADİQ