“Rusiya uduzur, Qərb bunu Putinə deməlidir” - Kit Kelloq
“Rusiya prezidenti Vladimir Putin müharibəni udsaydı, o, artıq Kiyevdə, Odessada olardı, Dnepri keçərdi”.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Kit Kelloq YES-2925 forumunda deyib.
Onun sözlərinə görə, əgər Putin ölkəsinin qalib gəldiyini deyirsə, Qərb ona sadəcə “Yox, səhv edirsən, heç də belə deyil” cavabını verməlidir.
“Rusiya uduzur. Bəli, haradasa müvəqqəti üstünlük əldə edə bilər, hansısa yaşayış məntəqəsini ələ keçirə, bir neçə mil irəliləyə bilər. Bu, bir məsələdir. Amma Rusiyanın itirdiyi, öldürülən və yaralanan insanların sayına baxsanız, o bir milyonu ötüb keçir. Əfqan kampaniyasındakı itkiləri xatırlasaq, bunlar tamam başqa rəqəmlərdir. Kiyevi ələ keçirməyə cəhd edən ilk bölmələri xatırlayın? Onlar artıq yoxa çıxıblar. İndi muzeylərdən tank götürməyə çalışırlar. Onlar sadəcə olaraq təslim ola bilmirlər, çünki ukraynalılar şücaətlə döyüşürlər. Əgər Putin deyirsə ki, Rusiya qalib gəlir, Qərbdə ona sadəcə “Yox, siz səhv edirsiniz, heç də belə deyil” deməlidirlər”, - deyə Kelloq əlavə edib.
Xatirə SADİQ